Yaşayış yerini tərk edən 11 koronavirus xəstəsi saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaşayış yerini tərk edən 11 koronavirus xəstəsi saxlanıldı

10:11 - 07 / 01 / 2021
Yaşayış yerini tərk edən 11 koronavirus xəstəsi saxlanıldı

Daxili işlər orqanları əməkdaşları ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, yanvarın 6-da ölkə ərazisində 11 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb.

Onlardan 10 nəfəri evə qayarılıb, 1 nəfər isə xəstəxanaya yerləşdirilib. Həmin şəxslərdən 9 nəfər barədə cinayət işi başlanıb.

Qafar Ağayev 

Paylaş:
404

Son xəbərlər

Bütün xəbərlər