Vətən müharibəsi qazisinin intiharı ilə bağlı cinayət işi açıldı
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində müalicə alan Vüsal Musayevin intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb.
1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, II Qarabağ Müharibəsinin iştirakçısı qazi Vüsal Musayev dekabrın 7-dən psixoz diaqnozu ilə müalicə aldığı Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində intihar edib.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, II Qarabağ Müharibəsinin iştirakçısı qazi Vüsal Musayev gərgin döyüşlər nəticəsində kəllə-beyin travması almışdı. Şəhidimizin 2 azyaşlı körpəsi var.
Xatırladaq ki, əslən Kəlbəcərin Zəylik kəndindən olan Vüsal Eldar oğlu Musayev Goranboy rayonunun Börü kəndində məskunlaşmışdı.
Allah rəhmət eləsin!
1news.az












