Daha bir şəhid oğluna atasının adı qoyuldu - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha bir şəhid oğluna atasının adı qoyuldu - VİDEO

11:17 - 11 / 01 / 2021
Daha bir şəhid oğluna atasının adı qoyuldu - VİDEO

Vətən Müharibəsi şəhidi, Daxili Qoşunların baş çavuşu Ruslan Üzeyir oğlu Qurbanovun ilk övladı dünyaya gəlib.

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, R.Qurbanov döyüşə gedərkən yoldaşı hamilə olub. Bir neçə gün əvvəl isə Bakıda klinikaların birində şəhidin oğlu dünyaya gəlib. Körpəyə atası Ruslanın adı qoyulub.

Ailəsi onu Biləsuvar rayonunun Ağalıkənd kəndinə aparıb.

Ruslan Qurbanov ölümündən sonra Prezidentin sərəncamı ilə "Vətən uğrunda" və "Kəlbəcərin azad edilməsi uğrunda" medalı ilə təltif edilib.

1news.az

Paylaş:
550

Son xəbərlər

Bütün xəbərlər