“Medianın yeni islahatlar paketi” - “Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Medianın yeni islahatlar paketi” - “Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEO

17:24 - 12 / 01 / 2021
“Medianın yeni islahatlar paketi” - “Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEO

Yaxın günlərdə Azərbaycanda informasiya-kommunikasiya, medianın fəaliyyəti sahəsində geniş islahatlara start veriləcək. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) bazasında səlahiyyətləri, fəaliyyət sferası daha geniş olan yeni qurumun yaradılması planlaşdırılır.

Bundan başqa, KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə yenidən baxılması və media ilə bağlı yeni qanunun qəbul olunması gözlənilir.

1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Medianın yeni islahatlar paketi” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz, hüquqşünas Şamil Paşayev, İnnovativ Bizneslər üzrə mütəxəssis Nicat Manafov və Teleradio Akademiyasının rektoru, əməkdar jurnalist Faiq Hüsiyev mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

S.Xankişiyeva

 

Paylaş:
632

Son xəbərlər

Bütün xəbərlər