Valideyni 15 yaşlı yeniyetməni axtarır – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Valideyni 15 yaşlı yeniyetməni axtarır – FOTO

10:00 - 12 / 01 / 2021
Valideyni 15 yaşlı yeniyetməni axtarır – FOTO

Bakının Nizami rayonunda 15 yaşlı Məmmədov Elvin Elçin oğlu itkin düşüb.

Bu barədə “Report”a onun atası Elçin Məmmədov bildirib. O, qeyd edib ki, Elvin Məmmədov yanvarın 11-də saat 17 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Yeniyetmə “Qara Qarayev” metrostansiyasının yaxınlığında itib. E.Məmmədovun əqli cəhətdən çatışmazlığı var. Onun eşitmə qabiliyyətində də problemlər mövcuddur.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Onu görənlərdən 070 997 53 52 telefon nömrəsinə zəng etmələri xahiş olunur.

S.Xankişiyeva

 

 

Paylaş:
543

Son xəbərlər

Bütün xəbərlər