Cəmiyyət

Azərbaycanda yaşı 100-dən çox olan pensiyaçıların sayı açıqlandı

10:12 - 15 / 01 / 2021
Azərbaycanda yaşı 100-dən çox olan pensiyaçıların sayı açıqlandı

"Hazırda ölkəmizdə yaşı 100-dən çox olan pensiyaçıların sayı 400 nəfərdir" .

1news.az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili deyib.

"Onların 27 nəfəri kişi, 373 nəfəri isə qadındır. Ən yaşlı kişi pensiyaçı İbrahimov Hilal İsa oğludur. O, 1915-ci il təvəllüdlüdür. Bakı şəhərində yaşayır. Ən yaşlı qadın pensiyaçı isə 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızıdır. O, Lənkəran rayonunda yaşayır" - deyə, R.Mehdili bildirib.

Qafar Ağayev 

Paylaş:
149

Son xəbərlər

Bütün xəbərlər

Next TV