FHN-in yerli strukturu Qubadlının Xanlıq kəndində fəaliyyətə başladı | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN-in yerli strukturu Qubadlının Xanlıq kəndində fəaliyyətə başladı

12:29 - 15 / 01 / 2021
FHN-in yerli strukturu Qubadlının Xanlıq kəndində fəaliyyətə başladı

Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının formalaşdırılmasını davam etdirir.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, Qubadlı rayonu, Xanlıq kəndində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə bölməsi fəaliyyətə başlayıb. Bölmə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.

Qeyd edək ki, bundan əvvəl işğaldan azad edilmiş digər ərazilərdə, o cümlədən Qubadlı şəhərində də FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yerli strukturları fəaliyyətə başlayıb.

Qafar Ağayev 

Paylaş:
446

Son xəbərlər

Bütün xəbərlər