20 Yanvara həsr olunmuş xüsusi dərslər keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

20 Yanvara həsr olunmuş xüsusi dərslər keçiriləcək

09:45 - 19 / 01 / 2021
20 Yanvara həsr olunmuş xüsusi dərslər keçiriləcək

Yanvarın 19-da təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş xüsusi dərslər keçiriləcək.

Təhsil Nazirliyindən 1news.az-a verilən xəbərə görə, Təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən tədris olunacaq dərslər onlayn təşkil ediləcək.

Tədbirlər Planına əsasən, təhsil müəssisələrində onlayn qaydada 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgisinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və "dəyirmi masa"ların da keçirilməsi nəzərdə tutulur.

Qafar Ağayev 

Paylaş:
454

Son xəbərlər

Bütün xəbərlər