Bu gün Azərbaycanda 897 nəfər koronavirusdan sağaldı, 332 nəfər yoluxdu - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Azərbaycanda 897 nəfər koronavirusdan sağaldı, 332 nəfər yoluxdu - STATİSTİKA

16:39 - 20 / 01 / 2021
Bu gün Azərbaycanda 897 nəfər koronavirusdan sağaldı, 332 nəfər yoluxdu - STATİSTİKA

Azərbaycanda son sutkada koronavirusa 332 yeni yoluxma faktı qeydə alınıb, 897 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə1news.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 12 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 228 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 217 617 nəfər müalicə olunaraq sağalıb, 3 044 nəfər vəfat edib. Hazırda 7 367 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 991, bu günə qədər isə ümumilikdə 2 336 498 test icra olunub.

Qafar Ağayev

Paylaş:
523

Son xəbərlər

Bəzi çaylardan sel keçəcək

11 / 06 / 2025, 14:17
Bütün xəbərlər