Cəmiyyət

Qiymətlərindən narazı qalan şagirdlərin NƏZƏRİNƏ

17:53 - 21 / 01 / 2021
Qiymətlərindən narazı qalan şagirdlərin NƏZƏRİNƏ

Yarım illik qiymətlərindən narazı qalan şagirdlər apelyasiya müraciət edib növbəti ay ərzində əyani formada qiymətləndirmədən iştirak edə bilərlər.

1news.az xəbər verir ki, bunu xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları barədə danışan Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, şifahi sorğu-sual distant təhsil zamanı ən optimal yoldur.

V.Yaqublu qeyd edib ki, qiymətləndirmədə veriləcək suallar bu tədris ilinin 1-ci yarım ili üzrə mövzuları əhatə etməlidir. Şagirdlərə verilən sualları hər bir fənn müəllimi özü müəyyən etməlidir.

1news.az

Paylaş:
134

Son xəbərlər

Bütün xəbərlər

Next TV