Bakıda 20 Yanvar günü fişəng atan şəxs saxlanıldı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 20 Yanvar günü fişəng atan şəxs saxlanıldı - VİDEO

11:10 - 21 / 01 / 2021
Bakıda 20 Yanvar günü fişəng atan şəxs saxlanıldı - VİDEO

Yanvarın 20-də gecə saat 23 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində naməlum şəxs havaya fişəng atıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən qəsəbə sakini, spirtli içki aludəçisi olan Ə.Məmmədov müəyyən edilərək saxlanılıb.

Onun hərəkətinə hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəməyə göndərilib.

1news.az

Paylaş:
663

Son xəbərlər

Bəzi çaylardan sel keçəcək

11 / 06 / 2025, 14:17
Bütün xəbərlər