Tərtərdə karantin qaydalarını pozan kafe aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Tərtərdə karantin qaydalarını pozan kafe aşkarlandı

11:23 - 21 / 01 / 2021
Tərtərdə karantin qaydalarını pozan kafe aşkarlandı

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində karantin qaydalarına zidd olaraq müştərilərə yerində xidmət göstərən kafe aşkar edilib.

Kafenin icarədarı İsrafil Həsənovun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.

Qafar Ağayev 

Paylaş:
419

Son xəbərlər

Bəzi çaylardan sel keçəcək

11 / 06 / 2025, 14:17
Bütün xəbərlər