Postlardan keçmək istəyən 2059 nəqliyyat vasitəsi geri qaytarıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Postlardan keçmək istəyən 2059 nəqliyyat vasitəsi geri qaytarıldı

10:25 - 22 / 01 / 2021
Postlardan keçmək istəyən 2059 nəqliyyat vasitəsi geri qaytarıldı

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

Nazirliyin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, yanvarın 21-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2059 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.

Eləcədə ölkə üzrə karantin rejimi qaydalarını pozan 1 nəfər barəsində inzibati həbs, 1677 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.

Qafar Ağayev 

Paylaş:
375

Son xəbərlər

Bütün xəbərlər