Sürücülərin nəzərinə! - Sənəd gəzdirməyə ehtiyac qalmadı | 1news.az | Xəbərlər
Cəmiyyət

Sürücülərin nəzərinə! - Sənəd gəzdirməyə ehtiyac qalmadı

12:03 - 22 / 01 / 2021
Sürücülərin nəzərinə! - Sənəd gəzdirməyə ehtiyac qalmadı

Milli Məclisin yaz sessiyasında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirə ediləcək.

1news.az-ın məlumatına görə, təklif edilən dəyişikliklərə əsasən, sürücülər üçün sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır.

Şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ və onun avtomobilə sahiblik hüququnun olması Dövlət Yol Polisi əməkdaşları tərəfindən bort-kompüterlər vasitəsilə yoxlanılır.

1news.az

Paylaş:
414

Son xəbərlər

Bütün xəbərlər