Vətən müharibəsi dövründə mühəndis qoşunlarının 27 hərbçisi şəhid olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətən müharibəsi dövründə mühəndis qoşunlarının 27 hərbçisi şəhid olub

12:25 - 26 / 01 / 2021
Vətən müharibəsi dövründə mühəndis qoşunlarının 27 hərbçisi şəhid olub

"Vətən müharibəsi dövründə mühəndis qoşunlarının 27 hərbi qulluqçusu döyüş əməliyyatlarında şəhid olub".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mühəndis qoşunları komandanın müavini polkovnik Ceyhun Cəfərov deyib.

O bildirib ki, döyüşlər zamanı mühəndis qoşunlarının 143 hərbi qulluqçusu yaralanıb: "Hərbi qulluqçularımızın göstərdiyi peşəkarlıq Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirilib. Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətə, o cümlədən döyüş meydanında vəzifə borcunun layiqincə yerinə yetirdiyinə görə mühəndis qoşunlarının 30 nəfərdən çox hərbi qulluqçusu ordenlə, 400-dən çox hərbi qulluqçusu isə müxtəlif medallarla təltif edilib".

Polkovnik C.Cəfərov Müdafiə naziri tərəfindən 300 nəfərdən çox hərbi qulluqçusunun da medalla təltif edildiyini vurğulayıb.

S.Xankişiyeva

 

Paylaş:
524

Son xəbərlər

Bütün xəbərlər