Xəzər Siyasət Mərkəzi Cənub Qaz Dəhlizi və enerji bazarının gələcəyinə dair müzakirə keçirib - VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Xəzər Siyasət Mərkəzi Cənub Qaz Dəhlizi və enerji bazarının gələcəyinə dair müzakirə keçirib - VİDEO

13:36 - 28 / 01 / 2021
Xəzər Siyasət Mərkəzi Cənub Qaz Dəhlizi və enerji bazarının gələcəyinə dair müzakirə keçirib - VİDEO

Yanvarın 27-də Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə Cənub Qaz Dəhlizi (CQD) layihəsinin əhəmiyyəti, gələcək enerji infrastrukturu inkişafları, karbonsuzlaşdırma səyləri və regional inteqrasiyanın müzakirəsi üçün mütəxəssis paneli keçirilib.

1news.az xəbər verir ki, hökumət nümayəndələri, şirkət rəhbərləri və düşüncə mərkəzi liderləri 40 milyard dollarlıq Cənub Qaz Dəhlizi (CQD) layihəsinin bu yaxınlarda başa çatması fonunda Xəzər regionundakı enerji bazarının gələcəyini müzakirə ediblər.

Müzakirəni giriş sözü ilə açan Xəzər Siyasət Mərkəzinin icraçı direktoru Əfqan Nifti bildirib ki, "Cənub Qaz Dəhlizinin başa çatdırılması enerji bazarlarında dəyişən və iqlim dəyişikliyinə diqqət artırılan maraqlı dövrlə üst–üstə düşür. Yenə də Rusiyanın təbii qaz tədarükçüsü kimi etibarlılığı və qaz ixracatını siyasiləşdirməsi, habelə Xəzər hövzəsindəki ölkələrin əhəmiyyətli qaz yataqlarına sahib olmağa davam etdikləri kimi, Avropada da təbii qaza olan ehtiyac davam etməkdədir və bu layihə region və Cənub Qaz Dəhlizinini inşa edən tərəfdaşlar üçün uzun bir səyahət, eyni zamanda mühüm nailiyyətdir”.

ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun keçmiş katib köməkçisi Fransis R.Fannon  müzakirə əsnasında 40 milyard dollarlıq CQD-nin tamamlanması Amerika Birləşmiş Ştatlarının diplomatiyası üçün mühüm bir mərhələ oldu. ABŞ-ın bəzi administrasiyaları arasında onilliklər boyu davam edən enerji diplomatiyası səyləri, dövlət–özəl sektor tərəfdaşlığı, o cümlədən çoxmillətli investisiyaların xüsusi qeyd olunmasının vacibliyini bildirib.

Xəzər Siyasət mərkəzinin Enerji və İqtisadiyyat Proqramının rəhbəri səfiri Robert F.Cekuta moderatorluğunu etdiyi vebinar iştirakçılarına CQD-nin tamamlanmasının Avropa və Avrasiya arasında nəqliyyat və əlaqə üçün yeni satış məntəqələri barədə danışıb..

Panel iştirakçıları Atlantik Şurasında Qlobal Enerji Mərkəzinin direktoru, səfir Riçard Morninqstar və SOCAR-ın İnvestisiya və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov, “BP America”nın Beynəlxalq Əlaqələr üzrə rəhbəri Robert Scher Qərbi Balkanlarda çox ehtiyac duyulan enerji qaynaqlarını təmin etmək üçün Cənub Qaz Dəhlizinin genişləndirilməsinin mövcud potensialından bəhs ediblər.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Albaniyanın ABŞ-dakı səfiri Floreta Faber, Gürcüstanın ABŞ-dakı səfiri David Bakradze və Türkiyənin ABŞ-dakı Səfirliyinin Missiya rəhbərinin müavini Sinan Ertay təmsil etdikləri ölkələr üçün CQD layihəsinin iqtisadi–siyasi dəyərini vurğulayıblar. Səfir E.Süleymanov layihənin vacibliyinə toxunaraq, “birlikdə işləmək üçün böyük imkanlarımız var. Nəqliyyat dəhlizləri, Ermənistan da daxil olmaqla, qonşularımızla birlikdə işləmək və suverenliyi, davamlı inkişafı təmin etmək üçün yeni imkanlar var” deyə əlavə edib.

Müzakirə zamanı qeyd olunub ki, Cənub Qaz Dəhlizi çox böyük, mürəkkəb və cəsarətli bir layihədir. Layihənin bu qədər uğurlu olmasının beş səbəbi - enerji tədarükünün şaxələndirilməsi üçün açıq iş, özəl və dövlət sektorları arasında sıx koordinasiya, yüksək səviyyəli texniki təcrübə, aydın öhdəlik və hədəflər və ölkələr arası tərəfdaşlıq xüsusi vurğulanıb. Panel iştirakçıları Cənub Qaz Dəhlizinə bənzər gələcək enerji infrastrukturu inkişaflarının COVID-19 pandemiyası, karbohidrogen bazarındakı dalğınlıqlar və dövlətlərarası qarşıdurma kimi beynəlxalq zərbələrə davam gətirə bilməsi üçün ayrılmaz layihə olduğunu bildiriblər.

1news.az

 

Paylaş:
957

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər