Sərxoş vəziyyətdə qəza törədən sürücü həbs olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Sərxoş vəziyyətdə qəza törədən sürücü həbs olunub

15:25 - Bu gün
Sərxoş vəziyyətdə qəza törədən sürücü həbs olunub

Nəsimi rayonunda sərxoş vəziyyətdə avtomobil idarə edən və qəza törədən sürücü həbs olunub.

1news.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Nəsimi RPİ Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmini məqsədi ilə profilaktik tədbirlər davam etdirilir. Sonuncu tədbir zamanı rayon ərazisində “Changan” markalı nəqliyyat vasitəsini idarə edən sürücü Tayfun Fərəcov ictimai asayişi pozaraq digər hərəkət iştirakçılarının həyatına təhlükə yaratdığına, polisin qanuni tələbinə əməl etmədiyinə, eləcə də avtomobili C.Hacıbəyli və M.Mirqasımov küçələrinin kəsişməsində yerləşən işıqfora vuraraq onu yararsız vəziyyətə saldığına görə saxlanılıb.

Qeyd edilib ki, T.Fərəcovun spirtli içkidən istifadə etdiyinə dair şübhələr yarandığından o, tibbi müayinəyə aparılıb. Müayinə zamanı onun spirtli içkinin təsiri altında olduğu müəyyən edilib. Sürücü barəsində inzibati protokol tərtib edilərək qərar verilməsi üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə T.Fərəvoc 2 ay müddətinə inzibati qaydada həbs olunub.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər