Birinci Qarabağ müharibəsi şəhidi Rəfael Abbasovla vida mərasimi keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Birinci Qarabağ müharibəsi şəhidi Rəfael Abbasovla vida mərasimi keçirilib

12:29 - Bu gün
Birinci Qarabağ müharibəsi şəhidi Rəfael Abbasovla vida mərasimi keçirilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Rəfael Sultan oğlu Abbasovla vida mərasimi keçirilib.

1news.az-ın "Report"a istinadən məlumatına görə, mərasim şəhidin ailə üzvlərinə məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsində olan evdə baş tutub.

Tədbirdə mərhumun yaxınları, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim başa çatdıqdan sonra onun nəşinin qalıqları Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılacaq.

Qeyd edək ki, şəhid Rəfael Abbasov 26 oktyabr 1975-ci ildə Qərbi Azərbaycanda anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. R.Abbasov 8 may 1992-ci ildən Şuşa şəhərində itkin düşmüş hesab edilirdi.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər