Daxili İşlər Nazirliyinə yeni idarə rəisi təyin olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Daxili İşlər Nazirliyinə yeni idarə rəisi təyin olundu

10:05 - 02 / 02 / 2021
Daxili İşlər Nazirliyinə yeni idarə rəisi təyin olundu

Daxili İşlər Nazirliyinə yeni idarə rəisi təyin edilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmri ilə polis polkovniki Elçin Məmmədov Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinə rəis təyin edilib.

Nazirliyin Mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, polis polkovniki Rahib Qarayev bir neçə gün əvvəl xidmətdə son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

S.Xankişiyeva

 

Paylaş:
543

Son xəbərlər

Bütün xəbərlər