Paytaxtın bu küçəsində hərəkət məhdudlaşdırılacaq - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtın bu küçəsində hərəkət məhdudlaşdırılacaq - FOTO

17:23 - 04 / 02 / 2021
Paytaxtın bu küçəsində hərəkət məhdudlaşdırılacaq - FOTO

Fevral ayının 5-dən 6-na keçən gecədən etibarən 2 gün (şənbə və bazar) müddətində Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsinin Xocalı və Nobel prospektlərinin kəsişməsində yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu barədə 1news.az-a verilən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda deyilir.

Qafar Ağayev

 
Paylaş:
452

Son xəbərlər

Bütün xəbərlər