Bakıda “Toyota” ilə “Каmaz” toqquşdu: Ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Toyota” ilə “Каmaz” toqquşdu: Ölən var

09:40 - 04 / 02 / 2021
Bakıda “Toyota” ilə “Каmaz” toqquşdu: Ölən var

Bakıda ölümlə nəticələnən ağır qəza olub.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda “Toyota” markalı minik avtomobili və “Камaz” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qafar Ağayev

Paylaş:
566

Son xəbərlər

Bütün xəbərlər