Zaqatala sakinlərindən odlu silah götürülüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatala sakinlərindən odlu silah götürülüb - FOTO

11:03 - 04 / 02 / 2021
Zaqatala sakinlərindən odlu silah götürülüb - FOTO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinlərindən qanunsuz olaraq saxladıqları odlu silahlar aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, rayonun Danaçı kənd sakini İrfan Hacıyev və Aşağı Çardaxlar kənd sakini Sərxan Cəfərovun hər birindən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

 

Qafar Ağayev

Paylaş:
440

Son xəbərlər

Bütün xəbərlər