Ukraynada Milli qəhrəman Mübariz İbrahimova həsr edilmiş poçt markası buraxılıb - FOTO
Ukraynada "Azərbaycan -Ukrayna " Beynəlxalq Alyansın sədri Elmar Məmmədovun təşəbbüsü ilə milli qəhrəman Mübariz İbrahimova həsr edilmiş poçt markası buraxılıb.
1news.az xəbər verir ki, poçt markası artıq istifadədədir.
"Mübariz İbrahimov- Azərbaycan xalqının layiqli oğludur və mənim məqsədim Ukrayna cəmiyyətinə onun barəsində bütün məlumatı çatdırmaqdır", deyə qeyd edib Elmar Məmmədov.
O, həm də bildirib ki M.İbrahimov tək Azərbaycanda yaşayan insanların deyil, həm də bütün dünya azərbaycanlıların qəhrəman oğludur.
Xatırladaq ki bu yaxınlarda beynəlxalq Alyans "Azərbaycan -Ukrayna" həm də M.İbrahimov adına medal da təsis edib.22 yaşlı gizir 2010 cu ildə azərbaycan -erməni münaqişəsi zamanı qəhrəmancasına həlak olmuşdu.
Onun şərəfinə buraxılan poçt markası alyansın növbəti təşəbbüsüdür.
1news.az












