“Nar” karantin rejimi müddətində müştərilərinin sorğularını operativ şəkildə cavablandırıb | 1news.az | Xəbərlər
Cəmiyyət

 “Nar” karantin rejimi müddətində müştərilərinin sorğularını operativ şəkildə cavablandırıb

15:27 - 08 / 02 / 2021
 “Nar” karantin rejimi müddətində müştərilərinin sorğularını operativ şəkildə cavablandırıb

Koronavirus infeksiyasının yayılması ilə əlaqədar tətbiq edilən karantin rejimi müddətində “Nar" müxtəlif kanalları vasitəsilə gücləndirilmiş rejimdə abunəçilərinə xidmət göstərib. 2020-ci il ərzində 777 Çağrı Mərkəzinə 2,5 milyondan çox sorğu daxil olub və onlara ortalama 20 saniyə ərzində cavab verilib.

Qeyd edək ki, Çağrı Mərkəzinə zəng etmiş abunəçilərin 85%-i göstərilən xidmət səviyyəsini yüksək qiymətləndirib. Abunəçi sorğularının ilk zəngdən həllini tapması üzrə “Nar” Çağrı Mərkəzi 93%-lik yüksək göstəriciyə nail olub.

“Nar+” tətbiqinin onlayn çat xidmətinə 1 il ərzində 195 mindən artıq sorğu daxil olub. Tətbiq bir çox mühüm əməliyyatları saniyələr içində yerinə yetirməklə yanaşı, daxil olan sorğuları dərhal cavablandırır. Bundan başqa “Nar”ın rəsmi “Facebook”, “İnstagram”“Twitter” səhifələri vasitəsilə 205 mindən çox abunəçinin sorğusuna dərhal cavab verilib.

Xüsusi karantin rejimində abunəçilərə evlərini tərk etmədən "Nar" mərkəzlərindəki bir çox xidmətləri təqdim edən “Səyyar Nar” vasitəsilə 400-ə yaxın müştəriyə birbaşa ünvanlarında xidmət göstərilib. Qeyd edək ki, abunəçilər evlərini tərk etmədən SIM kartın dəyişdirilməsi, nömrə bərpası əməliyyatları, ASAN İmza xidmətinin aktiv edilməsi və digər xidmətlər üçün “Səyyar Nar”a müraciət edə bilərlər. narsim.az vebsaytı üzərindən isə 7500-də artıq abunəçi almaq istədikləri nömrəni seçib evə çatdırılma xidmətindən yararlanıb.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Reklam hüququnda

 

Paylaş:
402

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər