Myanmada on minlərlə insan küçələrə axışdı
Myanmada üçüncü gündür davam edən etiraz aksiyalarında on minlərlə insan iştirak edir.
1news.az xəbər verir ki, ölkənin müxtəlif şəhərlərində davam edən aksiyalarda polis nümayişçiləri dağıtmaq üçün təzyiqli su şırnaqlarından istifadə edir.
Həlak olanlar barədə məlumat yoxdur.
Mandalay şəhərində yerli əhalinin həyatında əhəmiyyətli rol oynayan buddist rahiblərin də etirazların üçüncü günündə nümayişlərə qatıldığı bildirilib.
1news.az
606