Bu ölkədə məktəblərdə mobil telefon qadağası tətbiq ediləcək | 1news.az | Xəbərlər
Dünya

Bu ölkədə məktəblərdə mobil telefon qadağası tətbiq ediləcək

Oksana Orucova10:36 - Bu gün
Bu ölkədə məktəblərdə mobil telefon qadağası tətbiq ediləcək

Danimarkada 2027-2028-ci tədris ilindən etibarən ibtidai və orta məktəblərdə mobil telefonlardan istifadəyə icazə verilməyəcək.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, Danimarka Təhsil Nazirliyinin açıqlamasına görə, yeni qaydalar təkcə mobil telefonları deyil, internetə çıxışı olan digər şəxsi elektron cihazları da əhatə edəcək.

Bununla yanaşı, məktəblərin internet şəbəkələrində xüsusi məzmun filtrləmə sistemi tətbiq olunacaq. Dərs saatlarında təhsil prosesi ilə əlaqəsi olmayan sosial media platformalarına, onlayn oyunlara və alış-veriş saytlarına giriş məhdudlaşdırılacaq.

Hansı internet resurslarının bloklanacağına isə bələdiyyələr və məktəblər özləri qərar verəcəklər.

Yeni qaydaların əsas məqsədi məktəblərdə tədris mühitini qorumaq və şagirdlərin diqqətinin dərslərə yönəldilməsini təmin etməkdir.

Paylaş:
48

Son xəbərlər

Bütün xəbərlər