"Vətən müharibəsində Artilleriya Qoşunlarının 184 hərbi qulluqçusu şəhid olub" - Anar Eyvazov | 1news.az | Xəbərlər
Cəmiyyət

"Vətən müharibəsində Artilleriya Qoşunlarının 184 hərbi qulluqçusu şəhid olub" - Anar Eyvazov

11:58 - 09 / 02 / 2021
"Vətən müharibəsində Artilleriya Qoşunlarının 184 hərbi qulluqçusu şəhid olub" - Anar Eyvazov

Artilleriya Qoşunları digər qoşun növləri ilə birlikdə düşmənin dərinlikdə yerləşən hədəflərini dəqiq atəş zərbələri ilə məhv edərək düşməni sözün əsl mənasında iflic vəziyyətə gətirmişdi.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Müdafiə Nazirliyinin Mətbuat katibi, polkovnik - leytenant Anar Eyvazov deyib.

O bildirib ki, bu müharibədə şücaət və peşəkarlıq nümayiş etdirən artilleriya qoşunlarının 4 minə qədər hərbi qulluqçusu Vətən Müharibəsi Qəhrəmanı da daxil olmaqla müxtəlif orden və medallarla təltif edilib: "Vətən müharibəsində Artilleriya Qoşunlarının 184 nəfər hərbi qulluqçusu şəhid olub, bir neçə yaralılar olub. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin".

A. Eyvazov deyib ki, Azərbaycan Ordusu Vətən müharibəsi başa çatdıqdan sonra Müdafiə naziri tərəfindən təstiq olunmuş döyüş hazırlığı planına müvafiq olaraq hazırda daimi dislokasiya məntəqələrində, eyni zamanda işğaldan azad edilmiş yeni ərazilərdə yerləşib və orada döyüş hazırlığı ilə məşğul olur: "Artilleriya Qoşunları da eyni zamanda döyüş hazırlığı ilə məşğul olur, yüksək texnoloji silahları mənimsəyir, bu silahlar şəxsi heyətə praktiki öyrədilir, artilleriyaçılarımızın peşəkarlığı təmin edilir".

1news.az

Paylaş:
423

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər