Sərhədçilər 12 kiloqrama yaxın narkotik və psi­xotrop maddəni dövriyyədən çıxarıblar - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sərhədçilər 12 kiloqrama yaxın narkotik və psi­xotrop maddəni dövriyyədən çıxarıblar - FOTO

09:46 - 10 / 02 / 2021
Sərhədçilər 12 kiloqrama yaxın narkotik və psi­xotrop maddəni dövriyyədən çıxarıblar - FOTO

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qa­nun­suz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən 1news.az-a verilən məlumata görə, fevral ayının 8-də həyata keçirilmiş sərhəd mühafizə və əmə­liy­yat-axtarış tədbirləri nəticəsində 11 kiloqram 710 qram narkotik vasitə və psi­xotrop maddəyə oxşar maddələrin qanunsuz dövriyyədən çıxarılması təmin edil­miş­dir.

Belə ki, həmin gün DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xid­məti ərazisində Füzuli rayonunun Arayatlı kəndi yaxınlığındakı sərhəd zasta­vası­nın xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş mühafizəsinin təmin edilməsi məqsədilə Füzuli rayon polis şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə hərəkət edən “VAZ-2107” markalı 15-BJ-205 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün özünü şübhəli aparması diq­qəti cəlb etmişdir.

Şübhəli şəxs yolun kənarında gizlin yerdən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd etmiş, sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq əra­­­zi­dən qaçmağa çalışarkən saxlanılmışdır. Saxlanılan şəxsin öz hərəkətlərini mas­ka­lamaq məqsədilə hadisə yerinə içərisində öz ailə üzvləri olan avtomobildə gəlməsi də aşkar olunmuşdur.

Saxlanılan şəxsin Qazax rayon sakini 1982-ci il təvəllüdlü Məmmədov Xəy­yam Camal oğlu olması müəyyənləşdirilmiş, əlindəki bağlamaya baxış zamanı içəri­sində ümumi çəkisi 9 kiloqram 160 qram narkotik vasitə və psixotrop maddəyə oxşar maddələraşkar olunaraq götürülmüşdür.

Eyni tarixdə Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizə­sində olan sərhəd gözətçi gəmisi tərəfindən dəniz istiqamətləndirici nişanına bağla­nıl­mış 2 ədəd torbanın içərisində təxmini çəkisi 2 kiloqram 550 qram narkotik vasi­təyə oxşar maddələr aşkarlanaraq götürülmüşdür.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qafar Ağayev

Paylaş:
410

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər