Zakir Həsənov və Hulusi Akar Türkiyə-Azərbaycan təlimlərini izləyiblər - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov və Hulusi Akar Türkiyə-Azərbaycan təlimlərini izləyiblər - FOTO

14:59 - 11 / 02 / 2021
Zakir Həsənov və Hulusi Akar Türkiyə-Azərbaycan təlimlərini izləyiblər - FOTO

Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının da iştirak etdiyi “Qış təlimi-2021” adlı birgə təlimlərinin Müşahidəçilər günü keçirilir.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Təlimlərdə F-16 qırıcıları və zərbə PUA-ları müəyyən edilmiş hədəflərə dəqiqliklə zərbə endiriblər.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və türkiyəli həmkarı Hulusi Akar təlimləri izləyirlər.

 

S.Xankişiyeva

 

Paylaş:
690

Son xəbərlər

Bütün xəbərlər