Tikintidə işçilərin əmək hüquqlarının pozulması ilə bağlı nəticələr açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Tikintidə işçilərin əmək hüquqlarının pozulması ilə bağlı nəticələr açıqlanıb

09:58 - 11 / 02 / 2021
Tikintidə işçilərin əmək hüquqlarının pozulması ilə bağlı nəticələr açıqlanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi çoxmənzilli yaşayış binalarında əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 18 monitorinq həyata keçirb və bu monitorinqlərin 11-də pozuntu halı aşkar edilib.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, monitorinqlər zamanı 776 nəfər işçi yoxlanılıb və bu işçilərdən 67 nəfərin əmək və ya xidməti (mülki) müqavilə olmadan çalışdığı aşkar edilib.

Monitorinq olunmuş işəgötürənlər üzrə qeyri-formal məşğulluq səviyyəsi 8,6% olub. Müqavilə ilə çalışan 709 işçidən 5 nəfərin işəgötürənlə əmək münasibətinin xidməti (mülki) müqavilə əsasında rəsmiləşdirildiyi aşkar edilmişdir. Yoxlanılmış işçilərin 49 hüquqi və fiziki şəxsi təmsil etdiyi müəyyən olunmuşdur.

2020-ci il ərzində işəgötürənlər (Bakı şəhərində 2016-cı ildən sonrakı dövrdə tikintisinə başlanılan tikinti obyektlərinin inşasını həyata keçirən) üzrə 83 577 əmək müqaviləsi imzalanmışdır və bunlardan 27 450 əmək müqaviləsi hazırda qüvvədədir. Hesabat dövründə Monitorinq Mərkəzi tərəfindən keçirilmiş 18 səyyar monitorinqin hər birindən sonra yalnız monitorinq edilmiş işəgötürənlər üzrə 54 669 əmək müqaviləsi imzalanmışdır və bunlardan 17 144 əmək müqaviləsi hazırda qüvvədədir. Dövlət Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri nəticəsində Bakı şəhərinin tikinti sektorunda əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində müsbət dəyişikliklər müşahidə edilməkdədir. Belə ki, monitorinqlər keçirilməyə başlanıldığı dövrdə tikinti obyektlərinin inşası ilə məşğul olan işçilərin təqribi olaraq 33,8%-i əmək müqaviləsi bağlanmadan çalışırdısa, hazırda bu göstərici 13,4%-ə qədər
azalmışdır.

Keçirilmiş monitorinqlər zamanı əmək və ya xidməti müqavilə olmadan 10 nəfərdən az şəxsi işə cəlb etmə ilə bağlı 18 işəgötürən üzrə pozuntu halı qeydə alınmış və bu faktlar aktlaşdırılaraq baxılması üçün Dövlət Agentliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Ümumilikdə 12-si hüquqi, 6-sı isə fiziki şəxs olmaqla 18 işəgötürəndən 4 işəgötürən barədə inzibati xəta faktı təsdiq edilmişdir. Bu faktlar üzrə 3 000 manat həcmində inzibati cərimə tətbiq edilmişdir.

Əmək və ya xidməti müqavilə olmadan 10 nəfər və daha çox şəxsi işə cəlb etmə ilə bağlı ümumilikdə 1 işəgötürən üzrə pozuntu halı qeydə alınmış və bu faktlar aktlaşdırılaraq baxılması üçün Dövlət Agentliyi
tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.

Qafar Ağayev

Paylaş:
415

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər