Açıq havada maska taxmalıyıqmı? – TƏHLİL | 1news.az | Xəbərlər
Cəmiyyət

Açıq havada maska taxmalıyıqmı? – TƏHLİL

17:40 - 12 / 02 / 2021
Açıq havada maska taxmalıyıqmı? – TƏHLİL

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın keçən il noyabrın 19-da imzaladığı qərara əsasən, noyabrın 21-dən etibarən açıq havada da maska taxılması məcburi oldu.

Qərarın birinci bəndində qeyd edilib ki, Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir.

Qərarın ikinci bəndində bildirilir ki, bu tələblərinin pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Tibbi maskadan istifadəyə görə məsuliyyət isə İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tənzimlənir. Bu maddəyə görə, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə edilir.

Lakin son günlər əhali arasında açıq havada tibbi maska taxılmasına görə narazılıqlar artmaqdadır. Buna səbəb açıq havada maskadan istifadə etməyən şəxslərin polis əməkdaşları tərəfindən cərimələnməsidir. Hətta başqa insanların olmadığı ərazilərdə tək gəzən, küçədə su içən, siqaret çəkən insanlar da cərimədən yan keçə bilməyiblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov məsələ ilə bağlı 1news.az açıqlamasında polisin Operativ Qərargahın qərarını icra etdiyi söylədi:

“Polis Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını icra edir. Həmin qərara görə, açıq havada da maska taxmaq zəruridir. Bu məsələ ilə bağlı əlavə suallarınız varsa Operativ Qərargaha müraciət edin”.

TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayevanın Real TV-yə müsahibəsi zamanı açıq havada gəzən zaman maska taxmağa ehtiyac olmadığını deməsi isə insanlar arasında çaşqınlıq yaradıb.

“Əgər açıq havada tək gedirsinizsə, maska taxmaya bilərsiz. Sosial məkanlarda olarkən isə mütləq maska taxılmalıdır. Bulvarda, yaxud parkda gəzərkən və ətrafda heç kim olmadıqda maska taxmaya bilərsiz. Elə bir qayda da yoxdur”, - deyə Nəzrin Mustafayeva bildirib.

TƏBİB-in mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirdilər ki, N.Mustafayeva yalnız həkim kimi mövqeyini bildirib. Yəni, Operativ Qərargahın açıq havada maska taxılması ilə bağlı qərarı qüvvədədir.

Bir qədər sonra N.Mustafayeva özü də açıqlama yayaraq REAL TV-yə müsahibəsi zamanı söylədiklərinin onun tibbi mülahizəsi olduğunu bildirdi:

“REAL TV-yə müsahibəmdə “Açıq havada tək gedirsinizsə, maska taxmaya bilərsiniz” fikrim sosial şəbəkələrdə haqlı olaraq müzakirələrə səbəb olub. Verilişin aparıcısı bu məsələnin TƏBİB-in səlahiyyətlərinə daxil olmamasını deyərək, qərara həkim kimi mövqeyimi istədi.
Mən həkim-İnfeksionist olaraq tibbi cəhətdən bildirmişəm ki, tək gəzərkən insanın virusa yoluxma ehtimalı yoxdur. Amma gəlin razılaşaq ki, tək gəzdiyiniz zaman da hansısa yaxınımızla qarşılaşa və ünsiyyətdə ola bilərik. Odur ki, inzibati qayda tətbiq edilərkən bu və ya digər həyatın bütün situasiyalarını əhatə etmək mümkün olmur. Bu səbəbdən vahid qərar verilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyələrinə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən vətəndaşların sağlamlığı naminə qəbul edilmiş hər bir qərara birmənalı əməl etmək hər birimizin, eyni zamanda həkim olaraq mənim borcumdur. Təsadüfi deyil ki, ictimaiyyətin hər bir üzvü tərəfindən virusla mübarizə çərçivəsində tətbiq edilən qərarlara riayət olunması nəticəsində virusun kəskin azalması müşahidə edilmişdir. Bu mənada mənim bildirdiyim fikir yalnız tibbi mülahizədir və TƏBİB-in rəsmi mövqeyi deyil”.

Görünən odur ki, narazı olsaq da, olmasaq da açıq havada belə maska taxmağa məcburuq. Ən azından Nazirlər Kabineti yanında Operativ Qərargahın bununla bağlı yeni qərarına qədər. Odur ki, cərimələnmək istəmirsinizsə maska taxmağı unutmayın.

B.Cahandarov

Paylaş:
751

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər