Daha bir şəhidimizin övladı dünyaya gəlib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha bir şəhidimizin övladı dünyaya gəlib – FOTO

10:44 - 13 / 02 / 2021
Daha bir şəhidimizin övladı dünyaya gəlib – FOTO

Fevralın 12-də Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Camal İsmayılovun oğlu dünyaya gəlib.

Bu barədə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb.

Şəhidin oğluna Alparslan adı qoyulub.

Qeyd edək ki, İsmayılov Camal Vidadi oğlu XTQ-nin kəşfiyyatçısı, baş gizir idi, ömrünün 18 ilini Vətənə xidmətə həsr etmişdi. Rus, erməni və ingilis dillərini mükəmməl bilirdi. O, Doğma Qarabağımızın Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, Ərgünəş yüksəkliyinin, Hadrutun qəsəbəsinin alınmasında, eləcə də Laçın dəhlizinə nəzarət edən yüksəkliyin alınmasında iştirak edib, rəhbərlik etdiyi dəstəsilə ilə birlikdə şəhidlik zirvəsinə yüksəlib. Oktyabrda Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlər zamanı hərbçi yoldaşını xilas edərkən yaralanıb. Bir müddət cəbhədə müalicə alaraq, yenidən döyüşlərə qoşulub. Son döyüşündə 16 nəfərlik dəstəsilə 500 erməni ilə döyüşüblər, güllələri bitəndə hətta düşmənlə əlbəyaxa da vuruşublar. Elə 200 ermənini Camal təkbaşına öldürüb.

İsmayılov Camal bundan öncə də 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə medal ilə təlltif edilib.

Kəşfiyatçı kimi daim öz üzərində çalışaraq dağ-xizəkçilik, paraşütdən tullanmanın bütün sirrlərini öyrənib, Azərbaycan, Türkiyə və Gürcüstanda keçirilən – “Turaz Şahini”, “Anadolu Qartalı” “Eternity-2019”, “Anatolian Sofex-2018” və bir çox təlimlərində iştirak edərək çoxlu sertifikat, tərifnamələrə layiq görülüb.

Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamı ilə Camal İsmayılova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Həmçinin, dövlət başçısının digər sərəncamları ilə C.İsmayılov “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Mövzu ilə əlaqədar oxuyun:

Şəhid Camal İsmayılov: Qızım hərbçilər pensiyaya çıxmaz, onlar şəhid olurlar – FOTO – VİDEO

S.Xankişiyeva

 

 

Paylaş:
1070

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər