127 gündən sonra şəhid xəbəri gələn əsgərimiz dəfn edildi – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

127 gündən sonra şəhid xəbəri gələn əsgərimiz dəfn edildi – FOTO – YENİLƏNİB

13:40 - 13 / 02 / 2021
127 gündən sonra şəhid xəbəri gələn əsgərimiz dəfn edildi – FOTO – YENİLƏNİB

Vətən müharibəsində itkin düşmüş və 127 gündən sonra meyiti tapılan 23 yaşlı şəhid Cavidan Məmmədli dəfn olunub.

“Report”un Aran bürosu xəbər verir ki, şəhidlə doğulduğu İmişli şəhərindəki evində vida mərasimi keçirilib.

Daha sonra şəhid rayonun Şahverdili kənd qəbristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, rayon icra hakimiyyətinin rəsmiləri, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin dayısı İlkin Hüseynov "Report"un Aran bürosuna bildirib ki, 1997-ci il təvəllüdlü Cavidan Məmmədli Füzuli istiqamətində döyüşlərdə olub: "Sonuncu dəfə onunla oktyabrın 7-də əlaqə saxlanılıb. Günorta saatlarında isə Füzulinin Qaraxanbəyli kəndi uğrunda gedən qanlı savaşda şəhidlik zirvəsinə ucalıb".

Allah rəhmət eləsin!

12.23

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir əsgərinin nəşi tapılıb.

“Report”un xəbərinə görə, əsgər Məmmədli Cavidan Valeh oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

C.Məmmədli doğulub boya-başa çatdığı İmişli rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, İmişli rayon sakini C.Məmmədli Vətən müharibəsinin ilk günlərindən döyüşə atılıb. Oktyabrın əvvəlindən onunla əlaqə kəsilib və barəsində heç bir məlumat almaq mümkün olmayıb.

Allah rəhmət eləsin!

S.Xankişiyeva

 

Paylaş:
634

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər