Şotlandiya şirkəti Füzulidə tikilən aeroportun ərazisi minalardan təmizlədi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şotlandiya şirkəti Füzulidə tikilən aeroportun ərazisi minalardan təmizlədi - VİDEO

13:41 - 15 / 02 / 2021
Şotlandiya şirkəti Füzulidə tikilən aeroportun ərazisi minalardan təmizlədi - VİDEO

İllərdir davam edən qeyri-sabitlik və münaqişə nəticəsində Dağlıq Qarabağ regionu müharibənin qalıqları olan partlayıcılarla həddən çox çirklənib. Ərazidə hər hansı mülki mühəndislik əməliyyatlarından əvvəl buranın BMT tərəfindən təsdiqlənmiş humanitar minatəmizləmə şirkətinin xidmətləri əsasında təmizlənməsi tələb olunurdu.

1news.az APA-ya istinadən bildirir ki, bu, Azərbaycanın işğaldan azad edilmiş Füzuli rayonunda minatəmizləmə fəaliyyəti ilə məşğul olan Şotlandiyanın "Aardvark Group" şirkətinin açıqlamasında əksini tapıb.

Bildirilib ki, bu mürəkkəb problemin həllində istifadə olunacaq ən uyğun avadanlıqların seçilməsi üçün çirklənmənin miqyası və təbiəti ilə bağlı ətraflı araşdırma və qiymətləndirmə aparılıb.

"40 illik təcrübəsi olan "Aardvark Group" şirkəti Bosniya müharibəsindən sonra Sarayevo hava limanının minalardan təmizlənməsində iştirak edib. Logistik problemlərə və xüsusilə də COVID-19-un yaratdığı çətinliklərə baxmayaraq, "Aardvark Group" komandası Azərbaycanla razılaşdırılmış 14 gün müddətinə işlərini tamamlayıb. Bu möhtəşəm müvəffəqiyyətə Britaniyanın Müdafiə və Təhlükəsizlik İxracatı qrupu, Beynəlxalq Ticarət Departamentinin İxracata Nəzarət Birliyi Vahidi, Britaniyanın Almaniya və Azərbaycandakı diplomatik nümayəndəlikləri və Britaniya hökumətinin humanitar səylərini qəbul edən Azərbaycan hökumətinin dəstəyi olmadan nail olmaq mümkün olmazdı", - deyə açıqlamada qeyd olunub.

Şirkətin fəaliyyətini dəyərləndirən Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp mina və digər partlayıcılar nəticəsində artan ölüm və yaralı sayını faciəvi adlandırıb.

"Aadvark Group"un nümayəndəsi Devid Klark qeyd edib ki, minalardan təmizlənmə layihəsi Füzuli Beynəlxalq Hava Limanının etibarlı tikintisini və ərazinin transformasiyasına başlanğıcı təhlükəsiz şəkildə təmin edəcək: "Azərbaycan hökumətinin planı qarşıdakı iki il ərzində bölgə iqtisadiyyatını dirçəltmək və ən əsası cəmiyyət üçün çox lazımlı bir stimul olan daxili və xarici uçuşları təmin etməkdir".

Qeyd edək ki, "Aadvark Group" şirkəti əraziyə texniki təchizatla bərabər təlimatçı da göndərib. Bu təlimatçı minatəmizləmə fəaliyyəti ilə məşğul olan yerli heyətə təlim keçib.
1news.az
Paylaş:
708

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər