Hacıqabulda qanunsuz ov edən şəxs saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacıqabulda qanunsuz ov edən şəxs saxlanıldı

15:07 - 15 / 02 / 2021
Hacıqabulda qanunsuz ov edən şəxs saxlanıldı

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən rayon sakini Əkbər Eyvazov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-ın verilən məlumata görə, saxlanılan şəxsdən “MR-155” markalı ov tüfəngi və 7 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.

1news.az

Paylaş:
476

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər