Ağdamda düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamda düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı – FOTO

16:21 - 15 / 02 / 2021
Ağdamda düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı – FOTO

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı odlu silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan 1news.az-a

verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Güllücə kəndi ərazisində xidmətdə olarkən məhv edilən düşmən ordusunun vaxtilə qurduğu səngər və istehkamlara baxış keçiriblər.

Tədbir zamanı erməni hərbçilərin atıb qaçdığı 9 ədəd əl qumbarası, 9 ədəd qumbara alışdırıcısı və 1 ədəd RPQ-18 qumbaraatanı aşkar edərək götürülüb.

S.Xankişiyeva

 

Paylaş:
463

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər