“Son dörd ildə qanunsuz meşəqırma halları 5,5 dəfə azalıb” - Hikmət Hacızadə | 1news.az | Xəbərlər
Cəmiyyət

“Son dörd ildə qanunsuz meşəqırma halları 5,5 dəfə azalıb” - Hikmət Hacızadə

16:54 - 16 / 02 / 2021
“Son dörd ildə qanunsuz meşəqırma halları 5,5 dəfə azalıb” - Hikmət Hacızadə

Ölkəmizdə meşələrin qorunub saxlanılması və onlara nəzarət işinin təşkilində müsbət dinamika müşahidə olunur. Belə ki, 2017-ci ildə Azərbaycanda 55 min kubmetr həcmində qanunsuz meşə qırılması baş verib. 2018-ci ildə bu rəqəm 28 min, 2019-cu ildə 18 min kubmetrə enib. Ötən il isə həmin göstərici 10 min kubmetrə yaxın olub.

1news.az xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, son dörd ildə ümumilikdə, meşəqırmalarının həcmi 5,5 dəfə və ya 45 min kubmetr azalıb. Bu, ölkəmiz üçün çox böyük bir göstəricidir.

Qafar Ağayev

Paylaş:
345

Son xəbərlər

Bütün xəbərlər