Hava şəraiti ilə bağlı xəbərdarlıq | 1news.az | Xəbərlər
Cəmiyyət

Hava şəraiti ilə bağlı xəbərdarlıq

11:21 - 17 / 02 / 2021
Hava şəraiti ilə bağlı xəbərdarlıq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi ilə bağlı sürücülərə müraciət edib.

1news.az bildirir ki, Agentliyin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, hava şəraitinin kəskin dəıyişəcəyi proqnozu ilə bağlı dağlıq və dağətəyi rayonlardan keçən avtomobil yolları buz bağlaya bilər: "Sürücülərdən xahiş edirik ki, həmin yollardan istifadə edən sürücülər avtomobillərini qış rejiminə uyğun təchiz etsinlər: "Təcrübəsiz sürücülər və avtomobili qış rejiminə uyğun olmayanlar bu gecədən etibarən dağlıq və dağətəyi ərazilərdən keçən yollardan istifadə etməsinlər. Bu cür sürücülər əsasən aran rayonlarından keçən avtomobil yolları ilə hərəkətə üstünlük versin".

A. Nəcəfli bildirib ki, hazırda Azərbaycan ərazisindəki hər hansısa avtomobil yolunda problem yaranmayıb, hərəkət normaldır: "Bütün yollarda avtomobillər tam normal hərəkət edir, heç bir problıem yaranmayıb. Amma hava şəraitinin axşama doğru dəyişməyi nəticəsində problemlər yarana bilər. Bu məqsədlə Azərbaycan Avtomobil Yioolarıv Dövlət Agentliyinin tabeliyində olan bütün maşın - mexanizmlər, texnikalar hazır vəziyyətə gətirilib, kifayət qədər duz - qum ehtiyatı toplanıb, avtomobil yollarının kənarlarına hazır vəziyyətdə yığılıb. Hər hansısa yolda problem yaranarsa, asgentlik əməkdaşları problemi aradan qaldırmağa hazırdırlar.

Sürücülərdən də xahiş edirik ki, bu gecədən etibarən maksimum dağlıq və dağətəyi ərazilərdə şəxsi avtomobillərdən istifadə etməsinlər. Əkas halda, onların hərəkətində problemlər yarana bilər".

1news.az

Paylaş:
242

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər