Şamaxıda bu günə kimi 1500 nəfərə peyvənd vurulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Şamaxıda bu günə kimi 1500 nəfərə peyvənd vurulub

12:33 - 20 / 02 / 2021
Şamaxıda bu günə kimi 1500 nəfərə peyvənd vurulub

Şamaxı Rayon Müalicə Diaqnostika Mərkəzində bu günə kimi 1500 nəfər vaksinasiya olunub.

Trend-in məlumatına görə, mərkəzdə gündəlik olaraq 200-300 nəfər peyvəndləmə prosesindən keçir.

Şamaxı Rayon Müalicə Diaqnostika Mərkəzinə vaksinasiyaya gələn vətəndaşlar üçün 10 otaq ayrılıb. Bunlar peyvənddən öncə qəbul, peyvənd, post-vaksinasiya və digər otaqlardır.

Mərkəzin artıq 500 nəfər tibb işçisi ilk peyvəndləmədən keçib, hazırda ikinci mərhələ davam etməkdədir.

S.Xankişiyeva

Paylaş:
445

Son xəbərlər

Bütün xəbərlər