Azərbaycan Startap-ı sürətlə məşhurlaşır! | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Startap-ı sürətlə məşhurlaşır!

10:00 - 22 / 02 / 2021
Azərbaycan Startap-ı sürətlə məşhurlaşır!

Yeni yerli yemək çatdırılma xidməti olan Voop, Baki sakinləri arasında sürətlə populyarlıq yığır. 35 əməkdaş və 100-dən çox kuryer-partnyorlardan ibarət olan şirkət cəmi 3 ay ərzində Bakıda yüzlərlə istifadəçi və restoran qarşısında uğur qazandı.

Şirkət artıq 200-dən çox əməkdaşlıq müqaviləsi imzalayıb, onların daxində bir çox dünyanın aparıcı brendləri yer alır. Voop istifadəçilərə, Milli, Avropa, Hindistan, Gürcüstan, İtalyan, Türk mətbəxi və dünyanın digər mətbəxləri daxil olmaqla, geniş seçim imkanını təqdim edir.

Voop yerli yemək çatdırılma xidməti ideyasının yaranması ilə bağlı şirkət sahibləri ilə söhbətimizdə qeyd etmişdilər ki, "Bir neçə ay öncə dostlar ilə sahibkarlıq fəaliyyəti ilə bağlı müzakirələrin birində söhbət yerli markalara yönəldi. Xarici məhsulun "Bizim olmayan hər şeyin yüksək səviyyədə olması" səbəbiylə ən yaxşısı olduğuna dair bir açıqlama səsləndi. Bildirilən bu fikir bizi bu problemin reallığına dair düşünməyə vadar etdi. "Made in Fireland!" devizi altında bir məhsul yaratmağa qərar verdik. Voop-un məhsul keyfiyyəti və etibarlılığı ilə rəqiblərindən fərqlənməsi, bununla da yerli bir markanın xarici şirkətlərdən üstün ola biləcəyini sübut etmək bizim üçün çox vacib idi. Proqramçılar ilə birlikdə bu fikri həyata keçirməyi bacardıq.

Təəbii ki, planlarımız bununla bitmir. Bir sonraki mərhələlər üçün böyük məqsədlərimiz var. Onlardan ən önəmlisi çatdırılma ərazimizi genişləndirmək, yeni parnyorlar ilə əməkdaşlığa başlamaq və uğurumuzu bizim üçün dəyərli olan hər bir müştərimizə sübut etmək".

Voop-un əsas xüsusiyyəti təklif olunan universal ödəmə üsulları, Bonus sistemi və unikal promokodlardır. Voop çatdırılma xidməti tam üç ödəmə üsulu təklif edir: nağd, bank kartı ilə və MilliÖn və ExspressPay terminalı ilə doldurula biləcək Voop Balans vasitəsi ilə. Əlavə olaraq, Voop mobil tətbiqində 2 yol ilə Bonus qazanmaq mümkündür.

1) Unikal promokodunuzu dostunuz ilə paylaşaraq dostunuzun ilk sifarişindən 3 AZN bonus qazana bilərsiniz. Sizin promokodu istifadə edən dostunuz da ilk sifarişi üçün 3 AZN bonus qazanır.

2) Voop mobil tətbiqinin önəmli xüsusiyyətlərindən biri daxilində QR-kod skanerin olmasıdır. Magazadan, aptekdən, restorandan və s. aldığınız qəbzlərin QR-kodunu Voop skanerində oxudaraq əlavə olaraq bonus qazanırsınız.

Bonusları, Voop mobil tətbiqində istədiyiniz restorandan sifariş verərək istifadə edə bilərsiniz.

Voop, mütəmadi olaraq müxtəlif restoran və kafelər ilə aksiyalar təşkil edir. Bu, istifadəçiyə sevdiyi yeməkləri daha sərfəli qiymətlərlə sifariş verməyə və ya bir sıra restoranlardan pulsuz çatdırılmadan faydalanmağa imkan verir. Restoranlar, menyular və mövcüd aksiyalar ilə bağlı ətraflı məlumat ilə Voop mobil tətiqində tanış ola bilərsiniz.

Voop-un fəaliyyəti istifadəçilərə sevdikləri restoranlardan arzuladıqları təamları tez və operativ şəkildə çatdırmaqdır. Rahat interfeysi və geniş restoran seçimi ilə zövqünüzə uyğun yeməyi sifariş edərək Voop-un yüksək xidmətindən yararlana bilərsiniz.

Paylaş:
408

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər