Ötən gün Azərbaycanda 16 dərəcəyədək şaxta olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün Azərbaycanda 16 dərəcəyədək şaxta olub

Qafar Ağayev11:09 - 22 / 02 / 2021
Ötən gün Azərbaycanda 16 dərəcəyədək şaxta olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində müşahidə edilən faktiki hava şəraitini açıqlayıb.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, fevralın 22-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə qar yağıb.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 42, Gədəbəydə 22, Göygöldə 19, Kişçayda (Şəki) 17, Lerikdə 15, Şəkidə 14, Qrızda 12, Altıağac, Oğuzda 10, Xaltanda 6, Yardımlı, Ağdərədə (Ordubad) 5, Qubada 3, Qəbələ, Zaqatala, Qusarda 1 sm olub.

Düşən yağıntının miqdarı Neftçalada 7, Lənkəranda 6, Lerikdə 5, Yardımlı, Astarada 4, Beyləqan, Cəfərxanda 2, Şərur, Göygöl, Qəbələ, Mərəzə, Zərdab, İmişli, Kürdəmir, Maştağa, Binədə 1 mm-dək olub.
Havanın temperaturu fevralın 21-də Bakıda iqlim norması daxilində, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0-2 dərəcə isti, Naxçıvan MR-da 2-4, Aran rayonlarında 0-3, dağlıq rayonlarda 6-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 16 dərəcəyədək şaxta olub.

Paylaş:
661

Son xəbərlər

Bütün xəbərlər