Baş nazir “AztraZeneca” vaksininin alınması ilə bağlı sərəncam imzaladı | 1news.az | Xəbərlər
Siyasət

Baş nazir “AztraZeneca” vaksininin alınması ilə bağlı sərəncam imzaladı

Qafar Ağayev16:15 - 11 / 03 / 2021
Baş nazir “AztraZeneca” vaksininin alınması ilə bağlı sərəncam imzaladı

Baş nazir Əli Əsədov koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması və bu sahədə immunizasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmana uyğun olaraq sərəncam imzalayıb.

1news.az-a məlumatına görə, sərəncama əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə GAVİ ALLİANCE arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair 2020-ci il 18 sentyabr tarixli Sazişə əsasən İsveç Krallığının “AztraZeneca” Şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin Azərbaycan Respublikasına idxalı 180 (yüz səksən) gün müddətində həyata keçiriləcək.

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu sərəncamdan irəli gələn məsələlərin həllini təmin edəcək.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Paylaş:
589

Son xəbərlər

Bütün xəbərlər