ATƏT sədri: “Bölgədə vəziyyət dəyişib” | 1news.az | Xəbərlər
Siyasət

ATƏT sədri: “Bölgədə vəziyyət dəyişib”

13:21 - 15 / 03 / 2021
ATƏT sədri: “Bölgədə vəziyyət dəyişib”

“Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşmüşəm”.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Keçirilən görüşlərdə ATƏT-in Avropada təhlükəsizlik qaydasını qorumaq prioritetinə sadiq qaldığımızı bildirmişik. Qadınlar üçün təhlükəsizliyin təmin olunması da vacibdir. Bunları təmin etməklə regional çağırışlara da cavab vermək mümkündür”, - deyə o bildirib.

A. Linde qeyd edib ki, 10 noyabr 2020-ci ildə atəşkəsə nail olunub, bölgədə vəziyyət dəyişib.

ATƏT sədri vurğulayıb ki, münaqişənin uzunmüddətli həlli lazımdır.

1news.az

Paylaş:
272

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər