Bolt Bakıda “Bolt Food” yemək çatdırılma xidmətini təqdim edir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bolt Bakıda “Bolt Food” yemək çatdırılma xidmətini təqdim edir - FOTO

S.Xankişiyeva10:00 - 16 / 03 / 2021
Bolt Bakıda “Bolt Food” yemək çatdırılma xidmətini təqdim edir - FOTO

Avropanın böyük tələbata malik nəqliyyat platforması Bolt, bu gün yemək çatdırılması xidməti olan “Bolt Food”-u Bakıda təqdim edir. Ən az bir ay çatdırılma haqqı ödənilməyəcək və müştərilər yalnız sifariş etdikləri yemək üçün ödəniş edəcəklər.

“Boltun Azərbaycanda yüz minlərlə müştərisi var və yemək çatdırılması da uzun müddətdir ki, olduqca məşhurdur. Qlobal nəqliyyat çağırma biznesimizdə qurduğumuz infrastruktur və təcrübə bizə xidmətlərimizi genişləndirmək üçün yaxşı platforma təqdim edir,” “Bolt Food”-un Azərbaycandakı Ölkə Meneceri Kamran Səmədli belə deyib.

Yemək sifarişi etmək üçün istifadəçi “Bolt Food” tətbiqini smartfonuna yükləyərək burada mövcud restoranları və onların menyusunu görə bilir. Xidmət təsdiq edilməzdən əvvəl, tətbiq müştərilərə qiyməti və təxmini çatdırılma müddətini göstərir. Sifarişə ödəniş etmək üçün istifadəçi bank kartı məlumatlarını tətbiqə daxil etməli və ya birbaşa kuryerə nağd şəkildə ödəməlidir.

“Nəqliyyat çağırma biznesimiz, sürücülərimizə və sərnişinlərimizə bazarda ən yaxşı endirim təklifi edən səmərəlilik əsasında qurulmuşdur. Bu yanaşmanı yemək çatdırılmasına da tətbiq etməklə digər platformalarla müqayisədə daha sərfəli çatdırılma qiymətləri təklif edərək, eyni zamanda kuryerlərimizi məmnun etməyə çalışırıq. Bolt Food ilə işləyən restoranlar üçün dəyər - markanı sevən və etibar edən sadiq müştəri bazamızda olan insanlardadır.” - Kamran əlavə etdi.

Hal-hazırda Bolt Food ilə Bakıda 250-dən çox restoran və ərzaq mağazalarından yemək sifariş etmək mümkündür, onların arasında “Meating Point”, “Paul”, “Kofteci Ramiz”, “Bella Pizza”, “Əjdaha Dönər”, “Rahat Market”,“Tuk-Tuk” və digərləri var. Hazırda Bakının cənub-qərb hissəsinə və ətraf ərazilərinə çatdırılma mövcuddur. Bolt tətbiqinə gündəlik yeni restoranlar və pərakəndə mağazalar əlavə etmək istəyir və növbəti aylar ərzində çatdırılma sahəsini tədricən genişləndirəcək.

Müştərilər tətbiqetmədə təmassız çatdırılma seçimini edə bilərlər: müştəri müraciətdə kuryerin gəldikdən sonra yeməyi çatdıracağı yeri təyin edə bilər. Bütün kuryerlərə mütəmadi olaraq yerli səhiyyə orqanlarının bütün göstərişlərinə riayət etmək və yeməyin daşındığı çantanı müntəzəm olaraq dezinfeksiya etmək zərurəti xatırladılır.

Bolt qlobal olaraq 40-dan çox ölkədə 50 milyondan çox istifadəçisi var. “Bolt Food” ilk dəfə 2019-cu ilin avqust ayında Estoniyada təqdim edilmişdir, hazırda 18 ölkədə, Avropa və Afrikanın 35 şəhərində mövcuddur.

Restoranlar və kuryerlər food.bolt.eu saytında qeydiyyatdan keçə bilərlər.

Reklam hüququnda

Paylaş:
439

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər