Dövlət başçısı Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməlini qoyub | 1news.az | Xəbərlər
Siyasət

Dövlət başçısı Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməlini qoyub

12:58 - 16 / 03 / 2021
Dövlət başçısı Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməlini qoyub

Azərbaycan Prezidenti İlham Əliyev Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməlini qoyub.

1news.az-ın məlumatına görə, yolun təməlinin qoyulması martın 15-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Füzuli və Xocavənd rayonlarına səfər zamanı baş tutub.

Bu yol başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşir. Uzunluğu 43 kilometrdir. Dörd hərəkət zolaqlı bu yolboyunca avtomobil körpüləri tikiləcək.

1news.az

Paylaş:
339

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər