Musiqili Teatr "Böyük qayıdış"ı təqdim etdi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Musiqili Teatr "Böyük qayıdış"ı təqdim etdi - VİDEO

16:35 - 17 / 03 / 2021
Musiqili Teatr "Böyük qayıdış"ı təqdim etdi - VİDEO

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 44 günlük şanlı zəfər tariximizi həmişə özünün qısametrajlı filmlərində, videoçarxlarında böyük sevgi və qürur hissi ilə tərənnüm edir.

Qalibiyyət ruhlu layihələr silsiləsindən "Böyük qayıdış" qısametrajlı filmi teatrın növbəti uğurlu işidir.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Samir Qulamov, ideya müəllifi Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, baş prodüseri Ülvi Cəfərov, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu operator və montajçısı Hikmət Şahverdizadədir.

1news.az Dövlət Akademik Musiqili Teatrının mətbuat xidmətinə istinadən bildirir ki, Qarabağın məşhur simaları - Molla Pənah Vaqif, Molla Vəli Vidadinin obrazlarının canlandırıldığı bu qısametrajlı əsər təkcə 1-ci və 2-ci Qarabağ müharibəsində həlak olanların deyil, tarixən bu torpaqda yaşayan, bu yurda şöhrət gətirən ulularımızın da müqəddəs ruhlarına bir ithafdır.

Filmin bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bizimlə söhbətində bildirdi ki, "Böyük qayıdış" pandemiya dövründən sonra hazırlayacağımız çox maraqlı bir layihəmizin kiçik parçasıdır. Çox sevinirik ki, uzun və acı həsrətdən sonra Azərbaycan xalqı yenə də o torpaqlara qayıdacaq, yenə də əkin-biçin başlayacaq, yenə də o dilbər guşəmizdə musiqi səsi eşidiləcək, Bülbülün, Cabbar Qaryağdıoğlunun xoş avazları Qarabag ünvanlı evlərimizdə ruhumuzu oxşayacaq...

İlahi ədalət öz yerini tapdı, qəlbi vətən eşqi ilə əbədiyyətə qovuşan müqəddəs ruhların fəryadı Tanrı dərgahında eşidildi... Bu gün Qarabağ azaddır. Qarabağı bizə miras qoyan ulu babalarımızın ruhları da şaddır. Biz bu qələbəmizi al qanımızla yazdıq. Ali Baş Komandanımız cənab İlham Əliyevin əmri, müzəffər ordumuzun qətiyyəti ilə bu nisgilə son qoyduq. Xalqımızın böyük və sarsılmaz həmrəylini dünya gördü və bizi yenidən tanıdılar, imzalar içində imzamız aydın göründü: "Azərbaycan!"

Qeyd edək ki, filmdə rolları Əməkdar artistlər - Əzizağa Əzizov, Nadir Xasiyev, aktyorlar - Gülcahan Salamova, Gülnarə Abdullayeva, Əmrah Dadaşov, İbrahim Əlizadə, azyaşlı aktyorlar - Rahib və Nuray Məmmədzadələr ifa ediblər.

11 dəqiqəlik filmdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Dövlət Televiziyasının və Strateji Kommunikasiyalar Mərkəzinin materiallarından istifadə edilmişdir.

1news.az

Paylaş:
375

Son xəbərlər

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdiBu gün, 21:12İran Prezidentinin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİBBu gün, 20:59“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43
Bütün xəbərlər