Jurnalist Səbinə Əvəzqızında xərçəng xəstəliyi aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Jurnalist Səbinə Əvəzqızında xərçəng xəstəliyi aşkarlanıb

13:26 - 19 / 03 / 2021
Jurnalist Səbinə Əvəzqızında xərçəng xəstəliyi aşkarlanıb

Tanınmış jurnalist Səbinə Əvəzqızında xərçəng xəstəliyi aşkarlanıb.

1news.az-ın xəbərinə görə, yaxınları “Qafqazinfo”ya bildirib ki, hazırda jurnalistin xəstəliyi ağır fazadadır. Həkimlər S.Əvəzqızının müalicə ilə sağala biləcəyini bildiriblər. Lakin bunun üçün təcili müalicəyə başlanılmalıdır.

Müalicə üçün böyük məbləğ tələb olunduğu üçün S.Əvəzqızının ailəsi bunu qarşılaya bilmir.

Qeyd edək ki, S.Əvəzqızı 1990-cı illərdən jurnalistika fəaliyyəti ilə məşğul olur. “Yeni Müsavat”, “Gün Səhər” qəzetlərində, “Həftə içi” qəzetinin Hafta.az saytında işləyib.

Hazırda Lent.az saytının redaktorudur.

Paylaş:
318

Son xəbərlər

Bütün xəbərlər