Şahmar Mövsümov: "Pandemiya bütün ölkələrə dalğavari təsir edib" | 1news.az | Xəbərlər
Cəmiyyət

Şahmar Mövsümov: "Pandemiya bütün ölkələrə dalğavari təsir edib"

16:19 - 19 / 03 / 2021
Şahmar Mövsümov: "Pandemiya bütün ölkələrə dalğavari təsir edib"

“Biz artıq bir ildən çoxdur ki, COVİD-19 pandemiyasını yaşayırıq. Pandemiya bütün ölkələrə dalğavari təsir edib”.

1news.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, bu dalğalar müxtəlif ölkələrdə müxtəlif vaxtlarda baş verib: “Bir çox ölkələr hazırda qapanmalara gedirlər. Qapanmalar dalğanın sürətini azaldır və ölkələrə imkan yaradır ki, səhiyyə sisteminn dayanıqlılığını yarada bilsin”.

1news.az

Paylaş:
375

Son xəbərlər

Bütün xəbərlər