Britaniya ştammı uşaqlar üçün təhlükəlidir? - TƏBİB-dən açıqlama - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Britaniya ştammı uşaqlar üçün təhlükəlidir? - TƏBİB-dən açıqlama - VİDEO

13:11 - 19 / 03 / 2021
Britaniya ştammı uşaqlar üçün təhlükəlidir? - TƏBİB-dən açıqlama - VİDEO

Azərbaycanda koronaya yoluxma sayının artmasını Britaniya ştammı ilə əlaqələndirmək doğru deyil.

1news.az bildirir ki, bunu ARB24-ün "Nə baş verir?" verilişinə müsahibəsində TƏBİB-in Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib. O bildirib ki, hansı ştamm olmasından asılı olmayaraq insan təması yüksək olan yerlərdə yoluxma sayları artacaq:

"Koronavirusa yoluxan şəxs onun Britaniya ştammı olub-olmamasını özü müəyyənləşdirə bilməz. Vətəndaşa da onda hansı ştamm olması barədə məlumat verilmir. Ştamdan asılı olmayaq, müalicədə hansısa fərqlilik yoxdur. Tək fərq bu virusun yoluxuculuq qabiliyyəti daha yüksəkdir".

Vasif Əliyev onu da qeyd edib ki, Britaniya ştammını uşaqlar ağır keçirəcək:

"Bundan başqa araşdırmalarda Britaniya ştammına yoluxan uşaqlar arasında ölüm nisbətinin yüksək, yoluxuculuq qabiliyyətinin isə 1.5 dəfə artıq olduğu bildirilir. Yuxarı yaş qrupu üçün isə bu ştammın ölüm nisbətində adi koronavirusla müqayisədə hər hansı fərq yoxdur".

TƏBİB rəsmisi bildirib ki, məhdudiyyətlərlə bağlı ehtiyac yaranarsa, Nazirlər Kabineti yanında Operativ Qərargah öz təlimatını verəcək.

1news.az

Paylaş:
234

Son xəbərlər

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10
Bütün xəbərlər