Cəlilabadda “Milliön” ödəmə terminalı oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda “Milliön” ödəmə terminalı oğurlanıb

S.Xankişiyeva13:46 - 22 / 03 / 2021
Cəlilabadda “Milliön” ödəmə terminalı oğurlanıb

Cəlilabadda mağazadan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 120 manat pul, tütün məmulatı, kassasında isə içərisində 2070 manat pul olan “Milliön” ödəmə terminalını, “VAZ-2105” markalı bir avtomobilin dövlət qeydiyyat nişanlarını, Ə.Ağayevə məxsus “VAZ-2103” markalı avtomobili qaçıraraq digər mağazadan kassasında 5000 manat pul olan “Milliön” ödəmə terminalını oğurlamaqda şübhəli bilinən İ.Mehdiyev və K.Diniyev saxlanılıblar.

Araşdırma aparılır.

Paylaş:
433

Son xəbərlər

Bütün xəbərlər